Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 2024 17:11

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel - Sahibkarlar Günü ilə bağlı müraciətində bildirib.

“Bu gün qarşımızda daha ümdə vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə töhfə vermək hər birimizin mənəvi borcumuzdur. Biz bugünkü günlərin arzusu ilə yaşamışıq. Ona görə bu prosesdə sahibkarlarımızın aktiv iştirakı önəmlidir”, - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, hər ölkənin sosial-iqtisadi inkişafı özəl sektorun inkişafı ilə birbaşa bağlıdır:

“Müstəqil Azərbaycanın iqtisadi nailiyyətləri sahibkarlığın güclənməsi ilə müşayiət olunur. Görülən işlərin nəticəsidir ki, iqtisadi sferanın müxtəlif sahələri, o cümlədən biznes fəaliyyəti üzrə göstəricilər ildən ilə nəzərə çarpacaq qədər artır. Bu mənzərə doğru yolda olduğumuzu göstərir. Dövlət-biznes münasibətlərində nail olduğumuz inam bizi daha yüksək nəticələrə aparacaq. Dövlət vicdanlı vergi ödəyicisinin etibarlı tərəfdaşıdır. Bu tətbiq olunan güzəştlərdə, stimullarda aydın şəkildə görünür”, - deyə nazir əlavə edib.


6 May 2024
Siyasət

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

6 May 2024
Siyasət

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib. 

6 May 2024
Siyasət

Mikayıl Cabbarov: “Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir” - FOTO

“Sahibkar Humayə Məmmədova Qubada icra olunacaq hotel və restoran xidməti layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 150 min AZN güzəştli kredit əldə edib”.

6 May 2024
Siyasət

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.